...Əgər Ukrayna, Gürcüstan və Albaniya Avropa İttifaqına qəbul olunsa, bu halda qurum dağılacaq. Çünki, bu ölkələrin iqtisadi və məhkəmə sistemi siyasi birliyə daxil olmağa hazır deyillər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri “Bloomberg”in köşə yazarı Andreas Klut bildirib.
Klutun fikrincə, Avropa İttifaqının liderləri yalnız öz ürəklərini dinləsəydilər, bu yaxınlarda Brüsseldə keçirilən sammitdə Ukraynanın birliyə üzvlüyünü təsdiq edərdilər. Bununla belə, Avropa liderlərinin təkcə ürəyi yox, həm də başları var və ona görə də onlar mənfi qərara meyl edirlər.
“...Hazırda Ukraynaya tam üzvlüyün verilməsi Avropa İttifaqı üçün o qədər yeni problemlər yaradacaq ki, heç vaxt effektiv idarəçilik modeli olmayan blok dağıla və ya hətta parçalana bilər”.
Qeyd edək ki, Klut, yuxarıda Ukrayna barədə dediklərinin elə Moldova, Gürcüstan, Albaniya və digər Balkan dövlətlərinə də aid olduğunu gizlətməyib.
Köşə yazarı onu da qeyd edib ki, problem təkcə bu ölkələrin iqtisadiyyatının və məhkəmə sistemlərinin bloka üzvlüyə hazır olmamasında deyil, həm də Avropa İttifaqında genişlənmə, yəni yeni ölkələrin qəbulu ilə inteqrasiyanın dərinləşməsi arasında daxili ziddiyyətlərdir.
...Hər yeni üzvün Avropa İttifaqına qəbul edilməsi yalnız dillər, adət-ənənələr və milli maraqlar fərqliliyinə görə deyil, həm də əhəmiyyətli dəyişikliklərin olmaması səbəbindən təşkilatın ahəngdarlığını qorumağı, idarə etməyi getdikcə çətinləşdirir. Bunu da yazar bildirir.
Qeyd edək ki, bir müddət bundan əvvəl “Tagesspiegel” nəşri Ukraynadakı mövcud vəziyyət ölkənin Avropa İttifaqına daxil olması üçün səbəbə çevrilməməli olduğunu bildirmişdi.
Onu da qeyd edək ki, bir müddət bundan əvvəl Almaniyada da təşkilatın qapısını Ukraynaya acımaqdan əl çəkməyə çağırışlar edilmişdi.
Maraqlıdır, görən, Avropa İttifaqına qəbul Ukraynanın problemlərini həll edəcəkmi? Təbii ki, Ukraynaya ən çox dəstək ittifaqa üzv olan ölkələrdən gəlir. Amma...
...Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq də bu günlərdə Ukraynanı dəstəkləməyin başqa yollarının da olduğunu bildirərək, bu ölkənin Avropa İttifaqına qəbul edilməsinin əleyhinə olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB