Karbon fabrikində kimyəvi sızma nəticəsində qəza

Karbon fabrikində kimyəvi sızma nəticəsində qəza

İranın Firuzəbad şəhərindəki natrium karbon fabrikində kimyəvi sızma nəticəsində qəza baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qəza nəticəsində zəhərlənən 101 nəfər işçi Şiraz şəhər xəstəxanasına çatdırılıb. Xəstəxananın direktor müavini Mehrdad Şərifi jurnalistlərə bildirib ki, zəhərlənən xəstələr vertolyot vasitəsi ilə xəstəxanaya çatdırılıb və təcili müdaxilə olunaraq ağırlaşmanın qarşısı alınıb. Zəhərlənənlərin əksəriyyətinin tənəffüs yolları zədələnib. Hazırda onlara tibbi xidmət göstərilir.

Yerli mətbuat yazır ki, 2016-cı ildə istifadəyə verilən fabrik şüşə, kristal, yuyucu və su təmizləyici vasitələrin istehsalı ilə məşğul olub. Fabrikdə 1300 nəfər çalışırdı. Hələlik müəssisənin fəaliyyəti dayandırılıb.

Mütəxəssislər cəlb olunub və sızmanın səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə