Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin həm Şərqi Aralıq dənizində öz haqqlarını, həm də Şimali Kipr Türk Respublikası (ŞKTR) və qıbrız türk xalqının hüquqlarını müdafiə edəcəklərini söylədi.
SİA-nın əldə etdiyi məlumata görə, Qıbrızda rəsmi səfərdə olan M.Çavuşoğlu ölkə prezidenti Ersin Tatar tərəfindən qəbul edilib.
Təkbətək və nümayəndə heyətləri arasında keçirilən görüşlərdən sonra birgə mətbuat konfransı keçirilib.
Çavuşoğlu Maraşın ŞKTR ərazisi olduğunu, Maraşın açılması ilə Qıbrızda atılan addımların beynəlxalq hüquqa zidd olmadığını, Yunanıstan tərəfinin narahatlığının Maraşı geri almaq iddiası olduğunu bildirərək deyib: "Maraşın açılışından özlərini narahat hiss etməyə başlayıblar. Rum (Cənubi Kipr) xalqı da Maraşdakı mülklərindən istifadə etmək istəyir. Biz də bunu dəstəkləyirik. Onların da öz hüquqlarından istifadə etmələrini istəyirik. Amma bu vəziyyəti xüsusi hal kimi izah etməyə çalışırlar.
Kiprdə tərəflər arasında danışıqlar iki cəmiyyət deyil, iki dövlət arasında olacaq”.
Türkiyənin xarici işlər naziri Yunanıstanla son günlər yaşanan gərginliklə bağlı deyib: "Hüquqlarımızı qorumaqda tam qərarlıyıq. Gərginliyin yox, əməkdaşlığın tərəfdarıyıq. Yunanıstan bizə cavab vermir, gedib beynəlxalq aləmə ağlayır. Problemlər varsa, danışıqlar yolu ilə həll edə bilərik.
Türkiyə Şərqi Aralıq dənizində öz haqqlarını, ŞKTR və Kipr (qıbrız) türk xalqının da hüquqlarını müdafiəyə davam edəcək.
Yunanıstan baş nazirinin ABŞ Konqresində Türkiyəni tərifləyəcəyini gözləmirik. Ancaq NATO-ya üzv iki ölkə və NATO-da təhlükəsizliklə bağlı biz həmrəylik var. “F-16”ların lobbiçiliyi bizim üçün qəbuledilməzdir. Türkiyə xaricində çoxlu görüşlər keçirdilər. Qərar nə oldu? Olmadı.
“Körpüləri vuracağıq” deyib boş sözlərlə özlərinə təsəlli vermələrinə ehtiyac yoxdur.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB