Yaponiya müdafiə naziri Kişi Nobuo və Çinin müdafiə naziri Vey Fenqe arasında üç il fasilədən sonra görüş baş tutub.
SİA TRT-ə istinadən xəbər verir ki,onlar Sinqapurda keçirilən beynəlxalq forum çərçivəsində 3 ildən sonra ilk dəfə üz-üzə görüşüb.
Nazirlər ikitərəfli və regional hadisələri müzakirə ediblər.
Təxminən bir saat davam edən görüşdən sonra mətbuata açıqlama verən Yaponiya müdafiə naziri Çini Şərqi Çin dənizi və Cənubi Çin dənizində təmkinliliyi qorumağa çağırdığını bildirib.
O, həmçinin Çinin Şərqi Çin dənizindəki Senkaku adaları ətrafında status-kvonu dəyişmək cəhdlərinə görə ölkəsinin narahat olduğunu vurğulayıb.
Xatırladaq ki, iyunun 10-12-də Sinqapurda Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən 19-cu “Şanqri-La Dialoq” Forumu keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB