Misirdə uşaqların piramidaları ziyarət etməsi məhdudlaşdırılıb

Misirdə uşaqların piramidaları ziyarət etməsi məhdudlaşdırılıb

Misir hökuməti 16 yaşdan kiçik uşaqların bazar və bayram günlərində valideynlərin müşayiəti olmadan piramidalara baş çəkməsini qadağan edib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə “Egypt İndependent” nəşri məlumat yayıb.

Hökumətdən bildirilib ki, 16 yaşdan kiçik uşaqların bazar və bayram günlərində valideynlərin müşayiəti olmadan piramidalara baş çəkməsi qadağan olunur. Qərar iyuldan qüvvəyə minir.

Misir mediasının məlumatına görə, tarixi məkanlarda azyaşlılara qarşı zorakılıq halları artdığı üçün hökumət belə bir qərar qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə