İraqda Sədr Hərəkatının deputatları istefa verib

İraqda Sədr Hərəkatının deputatları istefa verib

İraqda Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrin rəhbərliyindəki Sədr Qrupunun 75 deputatı vəzifələrindən istefa verib.

Sədrin rəsmi sosial media hesablarında yayımlanan qısa görüntüdə Sədr Bloku Parlament Qrupunun rəhbəri Həsən Azarinin 75 deputatın istefa ərizəsini Məclis sədri Halbusiyə təqdim etdiyi görünür.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, deputatlar, Şiə siyasi və dini lider Sədrin tələbi üzrə istefa veriblər.

Müqtəda əs-Sədrin hökumətin formalaşması üçün Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyası (KDP) və milli məclisdəki sünni blok Suverenlik Koalisiyası ilə üçtərəfli ittifaq yaradmışdı. Lakin fikir ayrılıqları davam edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə