Kasset bombası Xarkovda yüzlərlə dinc sakini öldürüb

Kasset bombası Xarkovda yüzlərlə dinc sakini öldürüb

Beynəlxalq Əfv Təşkilatı təşkilatının yeni araşdırmasına görə, Rusiya Ukraynanın Xarkov şəhərində qadağan olunmuş kasset bombalarından istifadə edərək yüzlərlə mülki vətəndaşı öldürüb.
SİA-nın əldə etdiyi məlumata görə, təşkilat bildirib ki, Rusiya qüvvələri 9N210/9N235 parçalı bombalarını işə salan raketlər və müntəzəm olaraq partlayan daha kiçik minalardan ibarət “dağıla bilən” sursatların təkrar istifadəsinə dair sübutlar tapıb.

"BBC" Xarkov yaşayış bölgələrində bomba atılmış beş ayrı sahəni ziyarət edib və kasset bombaları ilə bağlı aydın simmetrik parçalanma effektinin sübutlarını görüb.

Ərazidən görüntülər üç silah mütəxəssisinə göstərilib və onlar təsirlərin mübahisəli silahlarla uyğun olduğunu söyləyiblər.

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının silah bölməsinin baş tədqiqatçısı Mark Hizney "Bu təsirlər kasset bombalarından gəlir, bu, klassik izlərdir" deyib.

Qeyd edək ki, kasset bombalarının içində 100, bəzən daha çox kiçik bombacıqlar var. Bu da onun dağıdıcı və məhvetmə gücünü dəfələrlə artırır. Onun tank və piyada əleyhinə, yandırıcı və başqa növləri var. Bu bombanın tətbiqinin qadağan edilməsi ilə bağlı 2008-ci ilin mayında İrlandiyanın paytaxtı Dublin şəhərində hazırlanan konvensiya həmin il dekabrın 3-də 93 dövlətin imzasıyla qüvvəyə minib. 2018-ci ilədək sənədi 120 dövlət imzalayıb. ABŞ, Rusiya, Çin bu müqaviləyə imza atmaqdan imtina edib. Habelə Hindistan, Braziliya, İsrail, Cənubi Koreya, Pakistan da kasset bombalarının qadağanına qoşulmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə