Qərb ölkələri Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı fonunda Moskvanın əleyhinə səs verməyi tələb edərək ərəb dövlətlərinə təzyiq göstərir
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu əl-Qeyta bildirib.
Onun dediyinə görə, guya Qərb dünyası onlara təzyiq edir. Onları “...bizimlə səs verin. Rusiyanın mövqeyinə qarşı çıxın. Bunu qınayın” və s. səpkili fikirlər səsləndirməyə təhrik edir. Əbu əl-Qeyta onu da qeyd edib ki, bu təzyiq “Rusiyanı mühasirəyə almaq” məqsədi daşıyır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Rusiya və Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası ölkələri 2023-cü ildə Moskvada strateji dialoqun altıncı iclasınını keçirəcəklərini bəyan etmişdi.
Qeyd edək ki, GCC-yə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Oman və Səudiyyə Ərəbistanı daxildirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB