Kanadada meymunçiçəyinə yoluxanların sayı 112 nəfərə çatıb

Kanadada meymunçiçəyinə yoluxanların sayı 112 nəfərə çatıb

Kanadanın Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyinə yoluxanların sayının 112 nəfərə çatdığını təsdiq edib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında yerləşdirilib. Bir həftə öncə Kanadanın Səhiyyə Nazirliyi 71 yoluxma halı barədə məlumat yaymışdı.

Ən çox yoluxma halı (98 nəfər) Kvebek əyalətində qeydə alınıb. Ontarioda 9, Albertada 4 nəfər yoluxub. İlk xəstə Britaniya Kolumbiyasında qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə