Polşa Rusiya ilə müharibəyə hazırlaşır?

Polşa Rusiya ilə müharibəyə hazırlaşır?

SİA-nın əldə etdiyi məlumata görə, bunu politoloq Andriy Suzdaltsev “Ukraina.ru” saytına bildirib.

Onun sözlərinə görə, bu, o demək deyil ki, Varşava mütləq Qərbi Ukraynaya daxil olacaq və faktiki olaraq onu ilhaq edəcək, çünki “bu, bahalı mövzudur”.

Politoloqun sözlərinə görə, reallıq budur ki, bu gün polyaklar ordusunu ciddi şəkildə gücləndirirlər.

Suzdaltsev qeyd edir ki, Rusiya ilə müqayisədə Polşa ordusu kiçikdir, lakin Belarus ordusundan 2,5 dəfə çoxdur. O, yaxşı təlim keçib, bölgü prinsipi ilə qurulub, həm Rusiya-Ukrayna münaqişəsi zamanı yaxşı çıxış edən sovet texnikası, həm də müasir Qərb texnikası ilə təchiz edilib.

“...Bəli, Polşa ordusunun sayı Ukrayna Silahlı Qüvvələrininkindən azdır, lakin o, döyüşə daha yaxşı hazırdır və daha həvəslidir. Çünki Polşa ordusunda olanlara hələ uşaq bağçasından Rusiyaya nifrət aşılanıb. Bu Slavyan ordusudur. Bu, onun fərqli bir vəziyyətdə döyüşəcəyini göstərir. Polşa əsgəri cəsur əsgərdir. Biz onu İkinci Dünya Müharibəsindən, Polşanın SSRİ-nin müttəfiqi olduğu vaxtdan xatırlayırıq”.

Bunu politoloq Andriy Suzdaltsev deyir. Maraqlıdır ki, Polşa ordusu bu qədər təriflər deyən politoloq bəzi etiraflarda da bulunaraq deyir: “...Polşa ənənəvi olaraq döyüş meydanında yox, qərargahda məğlub olub, belə ki, orta əsrlərdən bəri yüksək lovğalıq Polşa ordusunu fəlakətə sürükləyib”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə