Bu dəfə də ölümsüz keçməyib...

Bu dəfə də ölümsüz keçməyib...

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində naməlum silahlı ticarət mərkəzində atəş açıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “TASS” “10TV” telekanalına istinadən xəbər verir.

ABŞ polisinin məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb. Hazırda isə vəziyyət nəzarət altındadır.

Qeyd edək ki, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən odlu silah aşkar edərək götürüblər. Cinayətdə əli olduğu ehtimal edilən şübhəli şəxs də saxlanılıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Arizona ştatının Feniks şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində 9 nəfərin yaralandığı məlum olub. Məsələ bundadır ki, həmən ərazidə atəş açan şəxs hələ də həbs ed ilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə