“Avropa bizdən ayrı yaşaya bilməz”

“Avropa bizdən ayrı yaşaya bilməz”

“Bu gün Qərbin sanksiyaları, sadəcə olaraq, nalayiqdir, çünki onlar Belarus və Rusiyanın uğurlarına qarşı yönəlib”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu İttifaqın dövlət katibi Dmitri Mezentsev deyib.

Maraqlıdır ki, dövlət katibi Ukrayna ilə bağlı məsələ toxunarkən bu məsələdə qonşuluğu əsas gətirərək, barışmağı məsləhət görür. Bununla belə, o kontinental və regional təhlükəsizliyə təminat verməli olan münasibətlər sistemi qurmağı məsləhət görür: “Bunsuz qeyri-mümkündür, çünki bu gün baş verənlər bekara spiraldir”.

Qeyd edək ki, Mezentsev, polşalılara enerji qiymətlərinin yüksək olması səbəbindən meşədə odun yığmaq təklifinə də münasibət bildirib: “Polşadakı slavyan qardaşlarımıza odun niyə lazımdır? Heç kim qazı rus rubluna almağı qadağan etməyib. Bütün bunlar nə üçündür? Niyə bu isteriya?” – deyə soruşan Mezentsevin fikrincə, Avropa özünü "görünən və görünməyən hasarlarla yaşadığı reallıqlardan" ayırmağa çalışır. "Ancaq o, ayrı yaşaya bilməz”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə