Türkmənistan beynəlxalq uçuşların bərpasına başlayır

Türkmənistan beynəlxalq uçuşların bərpasına başlayır

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov yaxın vaxtlarda beynəlxalq uçuşların bərpası barədə göstəriş verib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkmənistanın rəsmi televiziya kanalı "Altın Asır"ın xəbərinə görə, prezident S.Berdiməhəmmədov Nazirlər Kabinetinin onlayn iclasında dünyada yeni növ koronavirusa (Covid-19) yoluxma hallarının normallaşdığını və bir çox ölkədə beynəlxalq səfərlər edildiyini bildirib və yaxın vaxtlarda beynəlxalq uçuşların bərpası barədə göstəriş verib.

Xatırladaq ki, iyunun 1-dən Türkmənistan Aşqabad-Dubay və Aşqabad-Kazan istiqamətlərinə həftəlik müntəzəm uçuşlara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə