Qırmızı dənizin Sudan sahilləri yaxınlığında içərisində 15 min 800 qoyunun olduğu gəminin batması nəticəsində bütün heyvanlar boğulub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Səhər saatlarında 15 min 800 qoyunla Sudanın liman şəhəri Suakindən yola düşən Bədr 1 adlı gəmi batıb.
Səudiyyə Ərəbistanına doğru hərəkət edən gəminin maksimum 8 min heyvan həcminə malik olduğu öyrənilib. Səlahiyyətlilər qəzanın bu səbəbdən baş verə biləcəyini deyir.
Bütün gəmi heyəti xilas edilib.
Dənizə düşən minlərlə heyvanın iqtisadi və ekoloji problemlər yarada biləcəyi də qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB