...Bunların da “ipinin üstünə şələ” yığılası deyilmiş. Çünki dünən dediklərini, bu gün heç nə olmamış kimi danırlar.
...Yadınızda olar, Qərb liderlərindən, gərək ki, Almaniya kansleri Olaf Şolts bir müddət bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı irəli sürdüyü tələblərlə tanıışlıqdan sonra bu tələbləri qəbuledilməz hesab etmişdi. Deyim ki, sonradan Fransa lideri Emmanuyel Makron da almaniyalı kanslerə həmrəylik nümayiş etdirdi.
Bəs, belə olan halda NATO-nun baş katibi Yens Stoltenberqin Helsinkidə keçirdiyi mətbuat konfransında dediklərini necə başa düşək?
Baxın, görün Yens Stoltenberq nə deyir: “...Ukraynada sülh mümkündür, lakin bunun ona hansı ərazi güzəştləri bahasına başa gələcəyindən asılıdır, ona görə də NATO Kiyevə sonda Rusiya ilə ən güclü mövqedən danışıqlar aparmağa kömək edir”.
Doğrudan da məntiq maraqlıdır... baş katib “biz bu dünya üçün nə qədər ərazi, azadlıq və demokratiya ödəməyə hazırıq” deyirmi və ya soruşurmu... başa düşülməsə də amma, cavabı da hazırdı: “Rusiya ilə danışıqlar masasında ən güclü mövqe” əldə etməyə kömək etməyə çalışacaq”. Əla!
Maraqlıdır, əgər Qərb ölkələri Ukraynanın “arxasında durmayıb” bir-bir aradan çıxacaqdılarsa, onda bu yazıq ukraynalıları niyə yurd-yuvalarından didərgin salırdılar? Elə ilk gündən Ukraynaya ruslarla “cəngə qalxmayıb” onlara boyun əymək tövsiyəsini edəydi.
Stoltenberq xatırladır ki, NATO ordusu iki ölkə arasındakı münaqişədə iştirak etmir, çünki alyans Ukraynadan kənara gedən hərbi əməliyyatların əleyhinədir. Onun sözlərinə görə, Ukrayna üzərində uçuşa qadağa zonasının inkarı məhz eskalasiyaya səbəb olmaq istəməməkdən irəli gəlir.
Bəli, NATO ordusu iki ölkə arasındakı münaqişədə iştirak etmir, amma bu münaqişədə iştirak edənlərin əksəriyyəti NATO-nun 30 üzvündən olan “ən qabaqda gedən”, əslində bu quqrumda əsas səlahiyyət sahibi olan dövlətlərdir.
Deyildiyi kimi, bundan sonra iplərinin üstünə şələ yıqmağa belə adamın ehtiyatlandığı gərəksiz, vahid komandanlığı olmayan, “rəsmi dili” ingilis-fransız dili olsa da, ən böyük “yığnağı” Almaniyada “cəmlənən”... mənə görə, “yararsız bir təşkilat”...
...Maraqlıdır ki, bu vaxta qədər elə də bir yaddaqalan əməli ilə tanınmayan NATO, hələ bir öz sıralarına “dövlət qəbulunu” da davam etdirir. Belə ki, bir müddət bundan əvvəl Yens Stoltenberq bildirib ki, İsveç və Finlandiya...elə də narahat olmasınlar. Çünki NATO-nun qarşıdan gələn sammiti bu ölkələrin alyansa qoşulması üçün son tarix olmayacaq.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl bu iki ölkənin üzvliklə bağlı əleyhinə səs verən Türkiyəni NATO-nun baş katibi rəhbəri olduğu qurumun ən etibarlı üzvü adlandırmışdı...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB