Türkiyədə zəlzələ qeydə alınıb

Türkiyədə zəlzələ qeydə alınıb

Türkiyənin Van vilayətinin Tuşba rayonunda 5 bal gücündə zəlzələ olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla 21:33-də meydana gələn yeraltı təkanların episentri yerin 18,36 kilometr dərinliyində qeydə alınıb.

Van valisinin açıqlamasına görə, hələlik dağıntı və tələfat aşkar olunmayıb. Araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə