SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Meksikanın Qvatemala sərhədindən yola düşən təxminən 15 min nəfərlik yeni miqrant karvanı ABŞ sərhədinə çatmaq üzrədir.
Meksika mətbuatında yer alan xəbərlərə görə, ABŞ-a çatmağa çalışan nizamsız miqrantlar ölkələrindəki şiddət, işsizlik və yoxsulluq kimi problemlər səbəbiylə daha yaxşı həyat qurmaq üçün yola çıxıblar.
Əksəriyyəti Mərkəzi Amerikadan olan, təxminən 15 min nəfər olduğu təxmin edilən konvoy təhlükəsizlik qüvvələrinin maneələrinə baxmayaraq, 90 kilometr piyada Meksikanın Mapastepek qəsəbəsinə çatıb.
ABŞ sərhədinə bir şəkildə çatmaq istəyən mühacirlərin həddindən artıq yorğunluq, bitkinlik və susuzluq səbəbindən bir müddət Mapastepecdə qalacaqları bildirilib.
Ölkələrində zorakılıq, işsizlik və yoxsulluq kimi problemlərə görə yaxşı həyat qurmaq üçün ABŞ-a çatmağa çalışan qeyri-qanuni miqrantlar çox vaxt insan alverçilərinin əlinə keçirlər.
Uzun illər Mərkəzi Amerika ölkələrindən yola çıxan bir çox qeyri-qanuni mühacir Qvatemala və Meksika üzərindən ABŞ-a çatmağa çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB