İtaliyada bəzi böyük şəhərlər də daxil olmaqla 971 bələdiyyədə qismən yerli seçkilər və ədliyyə sahəsində tənzimləmələri də əhatə edən referendum keçirilir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yerli seçkilərin keçirildiyi bəzi böyük şəhərlərə Genuya, Palermo, Messina, Parma, Taranto, Verona və La Spezia daxildir. Referendumla ədliyyə sahəsində 5 hüquqi tənzimləmənin qüvvədə olub-olmaması səsə qoyulub.
Referendum 51,5 milyon, yerli seçkilər isə 8,8 milyon seçicini əhatə edir.
Yerli mətbuatın məlumatına görə, günorta saatlarına yerli seçkilərdə iştirak nisbəti 17 faizdən, referendumda isə 6 faizdən çox olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB