PKK tərəfdarları azərbaycanlıya hücum edib

Qeyd edək ki, İngiltərə Ali Məhkəməsinin PKK simvollarının daşınmasını “cinayət” adlandıran qərarı var
PKK tərəfdarları azərbaycanlıya hücum edib

İngiltərənin paytaxtı Londonda yürüş edən separatçı terror təşkilatı PKK tərəfdarları Azərbaycan türkünə hücum edib.

SİA-nın əldə etdiyi məlumata görə, Britaniyanın BBC telekanalının mərkəzi binası qarşısına toplaşaraq qələbə işarəsi ilə yürüş edən terror təşkilatı tərəfdarları Pikadilli sirki (Piccadilly Circus) yaxınlığında insident törədiblər.

Terror təşkilatı PKK-nın başçısı ilə bağlı şüarlar səsləndirərək gedən qrup onlara reaksiya verən Azərbaycan türkünün üzərinə hücum çəkib. Hadisəyə müdaxilə edən polisə də reaksiya verən terror təşkilatı tərəfdarları baş nazirin 10 saylı iqamətgahına doğru yürüşlərini davam etdiriblər.

Qeyd edək ki, İngiltərə Ali Məhkəməsinin PKK simvollarının daşınmasını “cinayət” adlandıran qərarı var.

İngiltərə Ali Apellyasiya Məhkəməsi 2018-ci ildə Londonda keçirilən nümayişlərdə PKK-nın bayraqlarını gəzdirənlərə verilən hökmləri hələ də qüvvədə saxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə