Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13-14 yaşlı uşaqları dağa qaçıran separatçı terror təşkilatı PKK-dan bundan sonra da hesab soruşacaqlarını vurğulayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Vanda keçirilən kütləvi açılış mərasimində çıxış edən Ərdoğan birlik və həmrəylik mesajı verərək deyib: “Mənim üçün kürd qardaşlarımla türk qardaşlarım arasında heç bir fərq yoxdur. Çünki biz yaradılmışı Yaradana görə sevirik. Biz ayrı-seçkilik etmirik: dünən etmədik, bu gün etmirik və sabah da etməyəcəyik. Niyə? Çünki Rəbbimiz Quranda “Bir-birinizlə yaxşı anlaşasınız deyə sizi qəbilələrə ayırdıq” deyir. Türk, kürd, laz, ərəb arasında fərq yoxdur. Biz hər kəsi Allah rizası üçün sevirik və bu yolla belə də davam edəcəyik.
Övladları PKK tərəfindən qaçırıldığı üçün Diyarbəkirdə oturaq aksiyalar keçirən analarla həmrəyik.
Diyarbəkirli analar kürd deyildirmi? O “qərb demokratiyası”ndan danışanlar bir dəfə gəlib Diyarbəkirdə kürd analarının yanına gediblər? Yox, getməyiblər.
Uğurlu əməliyyatlar və terrorçuların təslim olmasına razısalma səyləri davam edir. Diyarbəkirli anaların 13-14 yaşlı övladlarını İraqdakı terror yuvası Kandilə aparanların hesabını soruşuruq və soruşacağıq da. Bu balalar tədricən qayıtmağa başlayıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB