Həlak olan hərbçilərin sayı 2 nəfərə çatıb

Həlak olan hərbçilərin sayı 2 nəfərə çatıb

İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyat zonasında həlak olan Türkiyə əsgərlərinin sayı artıb. SİA xəbər verir ki, məlumata görə, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olan hərbçilərin sayı 2 nəfərə çatıb. Partlayış nəticəsində həmçinin daha 2 hərbçi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan hərbçilərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatına aprelin 18-də başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə