Ukraynaya nüvə başlıqları "verilir”?

Ukraynaya nüvə başlıqları "verilir”?

Ukraynanın Rusiyaya qarşı hərbi əməliyyatların gedişində effektiv mübarizə apara bilməsi üşün Qərbin Kiyevə nüvə başlıqları "hədiyyə" edə biləcəyi ehtimal olunur.

SİA-nın əldə etdiyi məlumata görə, “URA.RU” Espresso yayımına istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin polşalı üzvü Radoslav Sikorski deyib.

Onun sözlərinə görə, nüvə başlıqlarının olması Ukraynaya “müstəqilliyini müdafiə etməyə” kömək edəcək.

Qeyd edək ki, Ukrayna SSRİ dövründən müəyyən edilmiş sərhədlər daxilində müstəqil ölkəyə çevrilməsinə əvəz olaraq, 1994-cü ildə Budapeşt Memorandumunun qanunlarıha əsasən nüvə potensialından imtina edib. Amma sonradan Rusiya Federasiyası bu memorandumu pozdu.

Onu da qeyd edək ki, bunları bir daha xatırladan Sikorski əlavə edib ki, Qərb bununla bağlı Ukraynaya öz ərazilərini müdafiə etməkdə kömək edib ona yardımçı olmalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə