İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin (TSK) bir əsgəri şəhid olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, hadisə “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə terrorçular tərəfindən əvvəldən yerləşdirilən partlayıcı maddənin işə salınması nəticəsində baş verib. Daha üç əsgər yaralanıb. Yaralı əsgərlər dərhal xəstəxanaya çatdırılıblar.
Nazirlik şəhidlərlə bağlı türk xalqına başsağlığı verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB