"...Ukrayna Silahlı Qüvvələri gündəlik olaraq Rusiya Silahlı Qüvvələrindən daha çox itki verir”.
Rus saytlarının yazdığına görə, bu fikirləri yazan “The Washington Post” nəşri bunu Ukraynanın Rusiyaya müqavimət göstərmək üçün kifayət qədər silaha malik olmaması ilə əlaqələndirir.
Bununla yanaşı, o da qeyd olunur ki, indi dünənə qədər Qərbdə Ukrayna ordusunun uğurları barədə danışılan eyforiya guya artıq yavaş-yavaş səngiyir və Ukrayna Silahlı Qüvvələrinin münaqişədə qalib gələcəyinə inam getdikcə azalır.
Nəşrin müşahidəçiləri qeyd edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbçilərinin qarşısını ala biləcəyinə ümid də itməkdədir.
... Bu gün Qərb vəd etdiyi silahı tədarük etməsinə baxmayaraq, amma Ukraynanın şərqində Rusiyanın uğurlarının qarşısını almaq çox ləng aparılır.
Yeri gəlmişkən, ötən ayın sonunda hər gün 100-ə yaxın Ukrayna əsgərinin döyüş meydanında öldürüldüyü bildirilirdi. Qeyd edək ki, bunu sonradan prezident Zelenski də etiraf etdi. Onu da bildirək ki, bu gün jurnalistlər ölənlərin sayının artmasını hərbi sursat çatışmazlığı ilə əlaqələndirirlər. Bundan əvvəl Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç Ukrayna hərbçilərinin artıq 10 minə yaxın əsgərini itirdiyini ehtimal etmişdi.
Qeyd edək ki, bugünkü döyüşlərdə Rusiyanın da itkilər verdiyini yazan “Washington Post”, bu itkilərin ukraynalılarla müqayisədə az olduğunu etiraf edir.
Bundan əlavə, hazırda rusların da hərbi texnikaya ehtiyacı olduğunu yazan nəşr buna baxmayaraq, onların “aydın şəkildə daha güclü tərəf” olduğunu da gizlətmir.
“Washington Post”dakı məqalə müəllifləri Ukrayna Nazirlər Kabinetinin müdafiə və kəşfiyyat məsələləri üzrə müşaviri Oleksandr Danilyukdan sitat da gətirirlər: “...Rusların strategiyaları və taktikaları indi tamam başqadır. Onlar daha çox uğur qazanırlar. Onların resursları bizdən çoxdur və onlar nədənsə tələsmirlər”.
Müşavir, həmçinin Qərb silahlarının Ukraynaya Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçən əraziləri geri qaytarmağa kömək edəcəyi ilə bağlı deyilənləri də vaxtından əvvəl səsləndirilən ehtimal adlandırıb. Qeyd edək ki, Danilyuk, daha əvvəl də Ukrayna Silahlı Qüvvələrinin uzaq mənzilli artilleriyaya malik olmadığını bildirmişdi.
Ukraynalı siyasətçi onu da bildirib ki, Ukraynada ölkənin silahlı qüvvələrinin arsenalının əsasını təşkil edən sovet silah sistemləri üçün sursat demək olar ki, tamamilə tükənib.
Deməli, Danilyukun dediyindən belə başa düşülür ki, əgər Qərb silah versə döyüşəcəyik, verməsə isə...yəni qonşu işığına ümid olanın nağılı...
Təbii ki, hələ o vaxt sovetlər dağılanda ruslar silah “bölgüsü” zamanı bütün bunları nəzərə almışdılar. Yəni onlar, vaxtilə Avropada oynadıqları jandarm roluna, nə vaxsa yenidən oynayacaqlarına “əmin imişlər”...
Bu arada etiraf edək ki, bu gün ABŞ və Böyük Britaniya istisna olmaqla, o biri Qərb dövlətlərinin Ukraynaya silah vermələrində az da olsa tərəddüdlər müşahidə edilməkdədir. Təbii ki, silah verən ölkə də özünün yeni və optimal silahını Ukraynaya verib özünü silahsız qoymaq istəməz. Əgər diqqət yetirsəniz bəzi Avropa ölkələrinin Ukraynaya ötürdüyü silahların əksəriyyəti vaxtilə ruslardan alınmış “köhnə və effektsiz” silahlardır.
Bundan əlavə, Ukrayna-Rusiya döyüşlərində canlı qüvvə məhfumu da öz sözünü deyir.
...Gərək ki, tərəflər arasındakı qarşıdurma hələ başlamamışdı. Amma bu qarşıdurmanın müharibəyə çevriləcəyi təqdirdə kimin qalib olacağı barədə müxtəlif proqnozlar söylənilirdi.
Yadımdadır, həmən proqnozların birində bu müharibədə qalib kimi üçüncü tərəf göstərilirdi. Yəni müharibənin yekununda Ukraynanın bütövlükdə Qərbdən asılı vəziyyətə, Rusiyanın isə dağılmış, zəif düşmüş hala düşəcəyi bildirilirdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB