‘‘Hәr kәs bu xalqın nә edә bilәcәyini gördü’’

‘‘Hәr kәs bu xalqın nә edә bilәcәyini gördü’’

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Egeydə keçirdiyi “Efes-2022” tәlimi ilə dünyaya açıq mesaj verdiyini bildirib. SİA bu barədə rus saytlarına istinad edir.

“Hər kəs bu xalqın nә edә bilәcәyini görәcәk’’,-deyә Türkiyә prezidenti vurğulayıb.

Prezident Rәcәb Tayyib Ərdoğan İstanbulda tәşkil edilәn Şəhid Mustafa Cambaz foto müsabiqәsinin mükafat mәrasimindә iştirak edib.

Mәrasimdә çıxış edәn Rәcәb Tayyib Әrdoğan Egeydәki adaların silahlanması ilә bağlı Türkiyә ilә Yunanıstan arasında yaşanan gәrginliyә toxunub.

Rәcәb Tayyib Әrdoğan bildirib ki, Yunanıstan tәlimә qatılan ölkәlәrә tәlimә qatılmamaları ilә әlaqәdar çağırış etsә dә, istәdiyi nәticәyә nail ola bilmәyib.

‘‘Keçirdiyimiz tәlimdә 37 ölkә iştirak edib. Yunanıstan bu ölkәlәrin yarısından çoxuna ‘‘iştirak etmәyin’’ deyә mesaj göndәrib. Demәk olar ki, heç biri Yunanıstanı dinlәmәyib. Amerika Birlәşmiş Ştatları başda olmaqla dәvәt olunan ölkәlәr bu tәlimdә iştirak etdi’’,-deyә Rәcәb Tayyib Әrdoğan qeyd edib.

Әrdoğan bildirib ki, Türkiyә uğurla başa çatdırılan “Efes-2022” təlimi sayəsində Egeylә bağlı qәtiyyәtli mövqeyini bir daha dünyaya nümayiş etdirib.

‘‘Türkiyənin Egeydə keçirdiyi “Efes-2022” tәlimi dünyaya açıq mesaj verdi. Bundan sonra da әmin addımlarla irәlilәmәyә davam edәcәyik. Hәr kәs bu xalqın nә edә bilәcәyini gördü’’,-deyә Türkiyә prezidenti vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə