Ramzandan “möhtəşəm dəstək”...

Ramzandan “möhtəşəm dəstək”...

...Çeçen rəhbərindən(?) “dezertir” rus hərbçilərinə daha bir nümunə.

Beləliklə, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Donetsk Xalq Respublikası” Ali Məhkəməsinin Ukraynada hərbi əməliyyatlarda iştirak etmiş üç əcnəbi muzdluya qarşı çıxardığı ölüm hökmünü qüvvədə saxlayıb(?).

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə o, bu barədə şənbə günü Telegram kanalında yazıb.

“...Mən “Donetsk Xalq Respublikası” Ali Məhkəməsinin Böyük Britaniya vətəndaşları Şon Pinner və Aiden Aslin, eləcə də mərakeşli Saadun Brahim haqqında Ukraynada hərbi əməliyyatlarda muzdlu kimi iştirak etdiklərinə görə çıxardığı hökmü tam dəstəkləyirəm. Bu insanların əllərində dirsəklərinə qədər qan var , və indi onlar törətdikləri cinayətlərə görə layiqli cəzalarını alacaqlar.Digər muzdlular üçün bu, onların həyatlarına dəyər olub-olmaması barədə düşünmək üçün yaxşı səbəbdir”, - Kadırov yazıb.

Maraqlıdır ki, o , “Donetsk Xalq Respublikası” Ali Məhkəməsinin hökmünü qeyri-legitim adlandıran Britaniya siyasi isteblişmentinin hökmünə reaksiyadan təəccübləndiyini bildirib.

“...İddialara görə, britaniyalı muzdlular əslində müharibə əsirləri hesab edilməlidirlər, eyni zamanda başa düşmək lazımdır ki, Pinner Şon İraq və Suriyadakı döyüşlərdə iştirak etdiyinə görə Böyük Britaniyada axtarışa verilib və terrorçu kimi tanınıb. Amma söhbət Ukraynaya gəldikdə, Qərb üçün “Millətçilər həmişə qəhrəman olur, muzdlular və terrorçular isə əsl xeyirxahdırlar”, - Kadırov əlavə edib.

Bununla bağlı o, britaniyalı siyasətçilərə xatırladıb ki, “Stepan Bandera Mahatma Qandi nə qədər çağırsalar da, muzdlu əsgərləriniz müharibə əsirinə çevrilməyəcəyi kimi, o da bir olmayacaq”.

...Burda eyirlər ey... “əvvəl var idi hüsnü camalı, indi olub...”

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə