Suriyanın şimalında üç terrorçu da zәrәrsizlәşdirilib

Suriyanın şimalında üç terrorçu da zәrәrsizlәşdirilib

Suriyanın şimalındakı ‘‘Fәrat qalxanı’’ bölgәsindә üç PKK/YPG terrorçusu da zәrәrsizlәşdirilib.

SİA xarici mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb. Mәlumatda deyilir:

‘‘Terrorçulara lazımi cavabı vermәyә davam edirik. Suriyanın şimalındakı ‘‘Fәrat qalxanı’’ bölgәsinә tәcavüz atәşi açan üç PKK/YPG terrorçusu Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn zәrәrsizlәşdirilib’’.

Bütün xəbərlər Facebook səhifəmizdə