‘‘Yunanıstana lazımi cavabı vermәyә davam edәcәyik’’

‘‘Yunanıstana lazımi cavabı vermәyә davam edәcәyik’’

“Biz Yunanıstanın ədalətsiz və qeyri-qanuni təcavüz aktlarının hər birinə cavab vermişik və vermәyә davam edәcәyik’’.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözlәri Türkiyәnin milli müdafiә naziri Hulusi Akar İzmirdә etdiyi çıxışında bildirib.

Yunanıstanla son dövrdә yaşanan proseslәri qiymәtlәndirәn Hulusi Akar Türkiyәnin Egeydə mehriban qonşuluq, dostluq, sülh və sərvətlərin ədalətli paylaşılmasının tərəfdarı olduğunu bildirib.

Biz әldә olunmuş beynəlxalq razılaşmaların yerinə yetirilməsini istəyirik” deyən Hulusi Akar Türkiyənin dialoq çağırışlarına cavab verilmәdiyini bildirib.

Yunanıstanın razılaşmaları pozaraq bəzi adaları silahlandırdığını bildirən Hulusi Akar deyib: “Biz Yunanıstanın ədalətsiz və qeyri-qanuni təcavüz aktlarının hər birinə cavab vermişik və vermәyә davam edәcәyik’’.

Türkiyənin təhdid deyil, əksinə, güclü və etibarlı müttəfiq olduğunu bildirən Hulusi Akar sözlәrinә belə davam edib: ‘‘Türkiyə sülh üçün hər zaman bir addım öndə olub, sülh üçün əlini hər zaman uzadıb’’.

Terrorla mübarizənin son terrorçu zərərsizləşdirilənə qədər qətiyyətlə davam edəcəyini bildirən Hulusi Akar deyib: ‘‘Başda İraq vә Suriya olmaqla qonşularımızın müstәqilliyinә, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığımızı hәr yerdә ifadә edirik. Terror tәşkilatı YPG-nin PKK-dan heç bir fәrqi yoxdur. Ancaq bunlar dünya ictimaiyyətini aldadmaq üçün idlarını dәyişdirir. Üzvü olduğumuz NATO və oradakı müttəfiqlərimizdən də terrorla mübarizə mәsәlәsindә eyni mövqeyi nümayiş etdirmәsini vә NATO qarşısındakı öhdəliklərini bizim kimi yerinə yetirmələrini gözləyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə