ABŞ prezidenti Cozef Baydenin amerikalıların qida və yanacağa görə ödədikləri ödənişlərin “Putin vergisi” adı ilə çağırılması inandırıcı deyil.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib
Qeyd edək ki, ABŞ Federal Əmək Statistikası Bürosunun məlumatlarına istinad edən rus saytları, may ayında ölkədə illik inflyasiyanın 8,6 faiz artaraq 1981-ci ilin dekabr rekordunu yenilədiyini yazırlar. Belə ki, rusların yazdığına görə bu ötən əsrdən bəri Amerikadakı ən yüksək göstəricidir. Qeyd olunur ki, daşınmaz əmlak, nəqliyyat və ərzaq sektorları ən ciddi zərbələrə məruz qalıb və qalmaqdadır.
Qeyd edək ki, Amerika prezidenti Cozef Bayden inflyasiyanı ölkə xalqı üçün “əsl çağırış” adlandıraraq, bunun günahını Rusiyanın, dəqiq desək rusiyalı həmkarı Vladimir Putinin üzərinə yıxır. ABŞ prezidentinin sözlərinə görə, amerikalılar hazırda yanacaq və yeməyə görə “Putin vergisi” ödəyirlər. Amma buna baxmayaraq, Bayden, qaz və ərzaq qiymətlərinin aşağı salınması üçün hər cür səy göstərdiyini də bildirib.
Dövlət başçısı məhz ABŞ rəhbərliyinin fəaliyyəti sayəsində Amerika təbii qazının Avropaya nəqlini üç dəfə artırmaqla Avropa ölkələrini Rusiya neftindən asılılığı azalda bildiyini də bildirib.
Qeyd edək ki, bu arada ABŞ-da benzinin orta qiymətinin artdığı da bildirilir. Belə ki, bu gün tarixdə ilk dəfə olaraq ABŞ-da bir qallon (3,78 litr) üçün beş dollar tələb olunur. Analitiklərin fikrincə, buna səbəb dünya bazarlarında neftin qiymətinin artması, emal gücünün azalmasıdır.
Təbii ki, bütün bunların kökündə Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatları da öz sözünü deyir.
Bundan əlavə, Bayden Amerika neft şirkətlərini rekord yüksək qiymətə benzin almağa məcbur olan ölkə vətəndaşlarının hesabına super mənfəət əldə etməkdə ittiham edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB