Bosniya və Herseqovinada güclü leysan yağışları ölkənin şimal-şərqindəki Çelik bələdiyyəsində daşqınlara səbəb olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şiddətli yağışlar Tuzla kantonunda Çelik çayının daşmasına səbəb olub.
Çelik bələdiyyə sədri Admir Hrustanoviç 100-dək evin su altında qaldığını və vəziyyətin kifayət qədər ciddi olduğunu açıqlayıb.
Daşqının külli miqdarda maddi ziyana səbəb olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB