Uzaq Şərq və Arktikanın İnkişafı Nazirliyinin rəhbəri Aleksey Çekunkov Yaponiyanın “əsəb davranışı”nı bu ölkənin uzun müddət ABŞ-ın güclü təsiri altında olması ilə əlaqələndirib. Onun sözlərinə görə, Tokio elə bu gün də qərar qəbul etməkdə müstəqil deyil.
SİA bu barədə rus saytlarına istinad edir.
“...Yaponiyanın indi özünü müəyyən dərəcədə əsəbi aparması, təəssüf ki, həm də onunla bağlıdır ki, bu ölkə, uzun müddət xarici təhlükəsizlik və müdafiə siyasətində autsorsinq prinsipləri əsasında öz funksiyalarını yerinə yetirən ölkənin güclü təsiri altında olub”.
Bunu Rusiya Uzaq Şərqin İnkişaf Nazirliyinin nümayəndəsi bildirib. O xatırladıb ki, konstitusiyaya görə Yaponiya hələ də öz ordusuna sahib olmaq hüququna malik deyil. Eyni zamanda, adanın əhəmiyyətli bir ərazisini tutan Okinavada hələ də ABŞ hərbi bazası var.
Çekunkovun sözlərinə görə, Rusiya ilə münasibətlərin bu cür məsələlərində təəssüf ki, müəyyən müstəqillik və emosional qərarlar aspektləri özünü büruzə verir. “Bu, çoxlu sayda ticarət və iqtisadi əlaqələri olan qonşumuz olan Yaponiyanın uzunmüddətli maraqlarına uyğun gəlmir”, - deyən Çekunkov bu cür davranışın fürsətçi və emosional olduğunu bildirib.
Daha əvvəl məlum olub ki, Tokio yeni sanksiyalar paketi çərçivəsində iyunun 17-dən Rusiyaya yük maşınları, buldozerlər, özüboşalçılar və digər avadanlıqların tədarükünü qadağan edir. Bundan əvvəl 3D printerlərin, elektron mikroskopların, neft emalı üçün avadanlıqların, hidrogen yanacağının, üzvi sahə effektli tranzistorların, üzvi günəş panellərinin və bərpa olunan enerjinin istehsalına qadağa qoyulmuşdu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB