Ukrayna prezidenti Vladimir Zelenski ölkə vətəndaşlarının ondan 18-60 yaş arası kişilər üçün ölkədən çıxış qadağasının götürülməsini xahiş etdiyi petisiyanı dəstəkləməyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskovski Komsomolets” nəşri xəbər verir.
Qeyd edək ki, prezidentin cavabı dövlət başçısının rəsmi saytında dərc olunub.
Daha əvvəl petisiya müəllifləri hakimiyyəti azadlıq dəyərlərindən və korrupsiyadan imtina etdiklərinə görə qınayıblar.
“...Bu məhdudiyyətlərin ləğvinin hərbi vəziyyətin hüquqi rejimi başa çatdıqdan sonra həyata keçiriləcəyi gözlənilir”. Bunu Ukrayna prezidenti bildirib.
O, qeyd edib ki, hərbi vəziyyət və ya fövqəladə vəziyyət şəraitində, ölkə qanunvericiliyinə uyğun olaraq, Ukrayna vətəndaşlarının ölkə ərazisini tərk etmək hüququ məhdudlaşdırıla bilər,
Xatırladaq ki, Ukraynada Rusiyanın xüsusi əməliyyatı ilə əlaqədar kişilərin ölkədən çıxışına qadağa qoyulub. Bundan əlavə, Ali Radaya ölkəni qanunsuz tərk edənlərin 10 ilədək həbs cəzasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.
Rusiya saytları da yaranmış vəziyyətdən yararlanaraq, Ukrayna hərbçilərinin, guya özlərini xilas etmək üçün qadın paltarı geyinib aradan çıxmalarından yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB