Çin hərbi əməliyyata hazırlaşır...

Çin hərbi əməliyyata hazırlaşır...

Çin ordusu Tayvanı Çindən ayırmaq və adanın müstəqilliyinə nail olmaq cəhdlərinə nəyin bahasına olursa-olsun, hətta müharibə bahasına da olsa müqavimət göstərəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian bildirib.

Qeyd edək ki, iyunun 10-da Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Vu Qian Pentaqonun rəhbəri Lloyd Ostin ilə görüşüb.

Görüş zamanı Vu Qian Pentaqon rəhbərinə Çinin müdafiə naziri Vey Fenxenin “əgər kimsə Tayvanı qoparmağa cəsarət etsə, Çin ordusu mütləq döyüşməyə hazır olacaq” sözlərini çatdırıb.

Onun sözlərinə görə, Çin Xalq Azadlıq Ordusu ölkənin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə qorumaq niyyətindədir.

Bundan əvvəl Çin ordusunun sözçüsü bildirib ki, Pekin Tayvanla sülh yolu ilə birləşməyə qətiyyətlə sadiqdir, lakin onun “müstəqilliyinə” heç vaxt dözməyəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə