...Döğrudan da, maraqlıdır. Bu gün İrəvan küçələrinə çıxıb baş nazir Nikolun istefasını tələb edən erməni müxalifəti and-amn edib deyirlər ki, güya bütün erməni xalqı onlarla həmrəydirlər. Belə ki, bu gün özünə müxalifətçı deyib qabağa düşənlər, guya Ermənistanın əyalətlərində yaşayanların da İrəvan küçələrində gəlib onlara qoşulmağa can atdılarını bildirirlər.
Amma yenə də maraqlıdır, bir halda ki, bu belədir, bəs onda niyə onların çağırışları elə də bir effekt vermir?
Qeyd edək ki, bu gün artıq həm Köçəryan, həm Sarkisyan, həm də onların sabiq qulbeçələri hakimiyyəti yenidən ələ keçirmək üçün Nikoıl Paşinyanı, necə deyərlər “daban-dabana” ciddi şəkildə izləyirlər.
...”Sadə” ermənilərə verilən vədlər də ki, bizim o bir tamaşada deyidiyi kimi...ləyənnən.
Məsələn, yadımdadır, hələ o vaxt, yəni yenidən prezident olmaq “eşqinə düşən” Robert Köçəryan seçki kampaniyası zamanı ona dəstək vermək üşün gələn “Siruşo” ləqəbli gəlini Siranuşun çıxışından sonra yenidən söz alıb hakimiyyətə gələn kimi... Nikolun noyabrın 9-da imzaladığı bəyanatı ləğv edəcəyini bildirmişdi.
O hətta bir balaca da irəli gedərək, guya hakimiyyətə gələndən bir-iki ay sonra Şuşa, Hadrut daha nə bilim digər “itirilmiş əraziləri” də qaytaracağına söz vermişdi. Amma necə qaytaracağını deməmişdi.
...Bəli, mən də elə düşünürəm,.. Robert bunun yolunu Serjik Sarkisyanın gizli agentinin onun tədbirinə qatılmasından ehtiyatlanaraq deməmişdi. Əslində düz də eləmişdi, çünki o “itirilmiş əraziləri”n qaytarılmasının yolunu desəydi, bu halda Serjik bunu öğurlayıb öz adına çıxarardı. Bu isə Robert üçün filan qədər səs itkisi deməkdi. Nə isə...
Qayıdaq Robertin “itirilmiş əraziləri”n qaytarması barədə üydürdüyü yalanına...
Əslində, Koçaryan özü də, onun mitinqinə gələn beş-altı erməninin elə də sadəlövh erməni olmadığını çox yaxşı qanırdı.
Bundan əlavə, bu gün də elə Ermənistanın özündə heç kim könüllü intihar etməyə həvəsli deyil. Qeyd edim ki, bunu o vaxt ermənilərə yalan vədlər verən həm Köçəryanı, həm də Sarkisyanı yaxşı başa düşürdülər. Amma hakimiyyəti ələ keçirmək həvəsi onların gözünü elə çuğlamışdı ki...
...Bu gün isə özləri arada görünməsələr də, amma onların qulbeçələrinin də “dəstək” verdikləri nə “köhnə” KQB-nik Artur Vanetsyan, nə də, özü dediyi kimi, küçələrə çıxan ermənilərin “təhlükəsizliyi üçün məsuliyyət daşıyan” daşnak İşxan Saqatelyan hələ ki, Paşinyanı devirə bilməyiblər. Niyə?
Çünki artıq ermənilər də yaxşı anlayırlar ki, hakimiyyəti tənqid etmək başqa, ölkədə birinci olmaq istətənlərin oyununda alverçi olmaq isə tamam başqa şeylərdir.
...Bizdə gərək ki, buna “...başına gələn, başmaqçı olar” deyirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB