BMT Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri

BMT Təhlükəsizlik Şurasının yeni müvəqqəti üzvləri

Yaponiya iki il müddətinə digər dörd ölkə birlikdə BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Bununla əlaqədar səsvermə iyunun 9-da keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BMT Baş Assambleyasının sədri Abdulla Şahid məlumat verib. BMT Təhlükəsizlik Şurasına seçilən digər dörd ölkə isə Ekvador, Malta, Mozambik və İsveçrədir. Bu ölkələrin səlahiyyət müddətinin 2023-cü il yanvarın 1-də başlanacağı bildirilir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi və 5 daimi üzvü vardır. Bu, BMT-nin sanksiyalar və güc tətbiqi barədə hüquqi cəhətdən məcburi qərarlar verən yeganə orqanıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə