“Afrika qitəsi ciddi aclıqla üz-üzə gələ bilər”

“Afrika qitəsi ciddi aclıqla üz-üzə gələ bilər”

Seneqal Prezidenti və Afrika Birliyinin Dövr Başçısı Macky Sall, taxıl istehsal edilmədiyi təqdirdə Afrika qitəsində sabitliyi pozacaq ciddi aclıqla qarşılaşılacağını bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Macky Sall Fransanın Paris şəhərində “France 24” və “RFI radio”suna müsahibəsində ötən həftə Rusiyaya reallaşdırdığı səfərə toxunub: “Afriqa Birliyinin dövr sədri olaraq 24 fevralda başlayan Ukrayna-Rusiya müharibəsi səbəbiylə Afrikada yaşanan taxıl və gübrə qıtlığı mövzusunu Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdim. Putindən Odessa limanı vasitəsilə Ukraynadakı taxılın azad edilməsinə, Afrikaya gübrə və taxıl əldə etməkdə köməklik etməsini xahiş edib müharibənin dayandırılmasının əhəmiyyətini bildirdim.

Bütün xəbərlər Facebook səhifəmizdə