Rusiyaya sanksiyalar, Ukraynaya yardım davam edəcək

Rusiyaya sanksiyalar, Ukraynaya yardım davam edəcək

ABŞ prezidenti Cozef Bayden və Kanadanın Baş naziri Castin Trüdo görüş zamanı Rusiyaya sanksiyaların və Ukraynaya yardımın davam etdirilməsi mesajını veriblər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Ağ Evdən verilən yazılı açıqlamaya görə, ABŞ prezidenti Cozef Bayden və Kanadanın Baş naziri Castin Trüdo Los Ancelesdə keçirilən “Amerika Ölkələrinin 9-cu Sammiti” çərçivəsində regional əməkdaşlıq, "Covid-19" epidemiyası, köç, ərzaq təhlükəsizliyi kimi mövzuları müzakirə ediblər.

Rusiya-Ukrayna müharibəsi kontekstində iki lider Rusiyaya qarşı sanksiyaları saxlamaq öhdəliyi götürüblər.

Bayden və Trüdo müharibədən zərər çəkmiş milyonlarla ukraynalıya iqtisadi, inkişaf və humanitar yardım səylərinə toxunaraq, Ukraynaya müdafiə yardımını davam etdirəcəklərini vurğulayıblar.

Kanadanı Rusiyaya qarşı sanksiyalarla bağlı əməkdaşlığına görə təbrik edən Bayden ayın sonunda Madriddə keçiriləcək NATO sammitində Trüdo ilə görüşməyi səbirsizliklə gözlədiyini vurğulayıb.

İki lider tədarük zəncirini müzakirə edərkən 2050-ci ilə qədər “sıfır karbon emissiyası” hədəfini də müzakirə ediblər.

Baydenin “Amerika zirvəsi” çərçivəsində proqramı davam edir

Los-Ancelesdə davam edən sammit çərçivəsində Bayden baş direktorlar toplantısında çıxış edərək burada iqtisadi sabitliyin vacibliyinə işarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə