İraqın şimalında daha 5 terrorçu məhv edilib

İraqın şimalında daha 5 terrorçu məhv edilib

Türkiyə silahlı qüvvələri İraqın şimalın separatçı terror təşkilatı PKK üzvü daha 5 terrorçunu zərərsizləşdirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada İraqın şimalında həyata keçirilən və uğurla davam edən “Pençe-Kilit” əməliyyatı çərçivəsində 5 PKK terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Nazirliyin açıqlamasında qeyd edilib ki, terror və terrorçularla mübarizə əzm və qətiyyətlə davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə