"Biz Ukraynanı yenidən quracağıq"

"Biz Ukraynanı yenidən quracağıq"

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanı yenidən quracaqlarını, buna məcbur olduqlarını və edəcəklərini söylədi.

SİA-nın əldə etdiyi məlumata görə, bir sıra görüşlər keçirmək üçün İtaliyanın paytaxtı Romaya gedən Von der Leyen Maxxi Müasir İncəsənət Muzeyində təşkil edilən tədbirə qatılıb.

Avropa Komissiyasının sədri çıxışında "Mariupol meri və ukraynalı memarlarla görüşümüz olacaq. Biz Ukraynanı yenidən quracağıq. Bunu etməliyik və edəcəyik, çünki bu, bizim mənəvi borcumuzdur" deyib.

Von der Leyen yaşayış sahələrinin yenidən qurulmasının Avropa Yaşıl müvaqiləsinə əsaslanan “Yeni Avropa Bauhaus”unun ruhuna uyğun olaraq həyata keçirilməli olduğunu vurğulayaraq, Aİ-nin bərpa olunan enerji mənbələrində irəliləyiş əldə etməsinin vacibliyini vurğulayıb.

Von der Leyen deyib ki, Rusiya iqtisadiyyatı qaz, neft və kömür üzərində qurulub və biz də Aİ olaraq onlardan çox asılıyıq. Bu dəhşətli müharibəyə görə biz asılılığımızı azaltmaq qərarına gəldik. İndi irəliləyiş əldə etməliyik, yeni təchizatçılarla ilişib qalmamalıyıq, lakin bərpa olunan enerjilərə doğru addım atmalıyıq.

Tədbirdən sonra Aİ Komissiyasının sədri Roma meri Roberto Qualtieri ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə