İspaniya meymunçiçəyinə qarşı peyvəndləmə tətbiq edir

İspaniya meymunçiçəyinə qarşı peyvəndləmə tətbiq edir

İspaniya hökuməti meymunçiçəyinə qarşı peyvənd strategiyasını təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda dozaların məhdudluğunu nəzərə alaraq, xəstəlik şiddəti yüksək olanlar üçün peyvəndlərə üstünlük veriləcək.

İndiyədək İspaniyada meymunçiçəyinə 230-dan çox yoluxma aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edib ki, meymunçiçəyi əsasən, mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində, tropik meşələrinin yaxınlığında yayılan nadir xəstəlikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə