SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumata görə, Rusiya Ukraynaya qarşı müharibə zamanı 15-20 min hərbçi itirib.
“Ukrayna hərbçilərinin çox ağır itkilərə məruz qalmasına baxmayaraq, Rusiyanın Ukraynadakı kampaniyası “bir çox səviyyələrdə son dərəcə qeyri-funksional olaraq qalır”, – xəbərdə deyilir.
Həmçinin bildirilir ki, Rusiya qüvvələrinin bəzi döyüş sursatları, xüsusən də qanadlı raketlər kimi dəqiq idarə olunan silahlar tükənir. Bununla belə, vurğulanır ki, Moskvada hələ də idarə olunmayan bombaların böyük ehtiyatı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB