Serbiya və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcəklər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Serbiya hökuməti Türkiyə ilə vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında sərhəddən keçidinin həyata keçirilməsinə dair qərar qəbul edib.
Bildirilib ki, iki ölkə arasında əlaqələrin inkişafı naminə imzalanan müqaviləyə əsasən, Serbiya və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcəklər.
Bu tətbiqin hər iki ölkənin iqtisadiyyatına əlavə dəyər qatacağı, qarşılıqlı turist axınının artmasına təkan verəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB