Rusiya yeni silah layihələndirib

Rusiyanın "Rostex" şirkətinin konstruktorları dəyişən modullu silah üzərində içləyir. Bu,əsas detalların unifikasiyasına imkan verməklə yanaşı təmiri də asanlaşdıracaq.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.

Şirkət artıq dəyişən modullu karabin hazırlayıb. Güllənin diametrindən asaılı olaraq lülə operativ şəkildə dəyişdirilə bilər. Hazırda mütəxəssislər eyni işi avtomat və pulemyota tətbiq etmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə