Hərbi müxbir Yevgeni Poddubnı “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramının efirində “Donbass uğrunda son döyüşün” başladığını elan edib.
Onun sözlərinə görə, indi döyüşlər Ukrayna Silahlı
Qüvvələrinin və neonasistlərin son 7 ildə yaratdıqları Slavyan-Kramatorsk aqlomerasiyasının müdafiə xətti yaxınlığında gedir. “Əslində, bu, Donbass uğrunda son döyüşdür”-deyə rusiyalı hərbi müxbir bildirib.
…Bu aqlomerasiyaya daxil olan bütün yaşayış məntəqələri Rusiya qoşunları tərəfindən azad edildikdən sonra Rusiya Silahlı Qüvvələrinin Donbass ərazisində yekun qələbəsindən danışmaq mümkün olacaq. Bunu da Poddubnı bildirib.
Qeyd edək ki, iyunun 7-də müdafiə naziri Sergey Şoyqu “Luqansk Xalq Respublikası” ərazisinin 97 faizinin Rusiya qoşunları tərəfindən azad edildiyini bildirmişdi.
O, daha sonra rus qoşunları LPR-də Severodonetskin yaşayış məntəqələrinə nəzarəti də ələ keçirdiyini bildirmişdi.
Nazir şəhərin sənaye zonasının, eləcə də yaxın yaşayış məntəqələrinin də azad edilməsinin davam etdiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB