Bu arada Rusiya prezidenti Vladimir Putin deyib ki, istənilən dövlətin mövcudluğu üçün yalnız iki variant var: ya suverenlik, ya da başqasının koloniyası.
SİA bu barədə “DEITA.RU” xəbər agentliyinə istinad edir.
Beləliklə, Putin qeyd edib ki, təbii ki, hər ölkə istəsə də lider ola bilməz, lakin istənilən dövlət öz suverenliyini təmin etməyi bacarmalıdır. Rusiya liderinin fikrincə, müstəmləkə ilə suveren arasında ara mərhələlər mövcud deyil.
Putinə görə, davam edən hadisələrin səbəbi budur. Rusiya bəzi ölkələrdən fərqli olaraq Qərbin ümidsiz müstəmləkəsi kimi deyil, suveren dövlət kimi özünü seçməlidir.
Qeyd edək ki, rusiyalı prezident “heç kəsi incitməmək üçün” hansı dövlətləri nəzərdə tutduğunu deməsə də, söhbət Ukrayna və Avropa ölkələrindən getdiyi göz qabağındadır.
Yeri gəlmişkən, əvvəllər eyni multimedia immersion sərgisində ”Böyük Peter. İmperatorluğun doğulması”na diqqət çəkən Putin Rusiyanın yenə I Pyotrdan sonra doğma rus torpaqlarını geri qaytarmaq və gücləndirməkdə payı olduğunu qeyd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB