Lavrov niyə ermənilərə “rəğbət” göstərməyib?

Rusiyalı nazir erməni rus müəllimlərinin bacarıqlarının artırılmasına kömək edəcək
Lavrov niyə ermənilərə “rəğbət” göstərməyib?

Ermənilər indi də şikayətlənirlər ki, guya Lavrovun gəlişi Ermənistan tərəfinə heç bir xüsusi sürpriz, eləcə də heç bir ümid gətirməyib. Əksinə olan-qalan ümilərinə də son qoyub.

...Sonra da deyirlər ki, onun erməni həmkarı Ararat Mirzoyanla bağlı qapılar arxasında nə danışdığından xəbərsiz olsalar da, amma media qarşısına çıxan rusiyalı nazir Ermənistanın heç bir problemi ilə maraqlanıb ona heç olmasa bir dəstək və ya bir rəğbət göstərməyib. Elə boş-boş, ermənilərin də bildiyi şeylərdən danışıb.

Ermənilər də “əsəbləşiblər”: bu da sənə “əsas müttəfiq”.

Onlar deyirlər ki, bizim burada dərdimiz başımızdan aşır, bu da o, ruslara satılan, adı erməni olsa da, özü erməni olmayan Sergey Kurqinyan kimi başlayıb ki, nə bilim İrəvan küçələrində rus dilində danışıqlar eşidiilmir, rus dilində məktəblərin sayı azalır, daha nə biliç nələr...

Hələ bunlar azmış deyə, Ermənistanda daha əvvəlki kimi “erməni dostların” olmamasından da “gileylənir”.

Daha demir ki, bütün bunların günahkarı ruslara həmişə miti qul kimi “sadiq olan” biz ermənilər yox, elə rusların özləridir. Bəli, bu gün Ermənistanda rusların erməni dostları yoxdur. Çünki onların coxu Putinin əli ilə təzidildi. İndi rusun Ermənistanda qalan beş-altı “dostu” da, sadəcə olaraq Putinin əli ilə qidalanan Kremlpərəst müxalifətçilərdir.

“...Rusiya Federasiyası və Ermənistan ümumi təhsil, elm və dil məkanını qoruyub saxlamaqla humanitar sahədə əməkdaşlığı gücləndirirlər. Erməni dostlarımızın istəklərini nəzərə alaraq, biz rus məktəblərinin sayını artırmağa, erməni rus müəllimlərinin bacarıqlarının artırılmasına kömək etməyə çalışırıq”.

Baxın, bunu da Lavrov deyir. Elə bil, İrəvana erməni əsəbi ilə “oynamağa” gəlib.

Biz deyirik, qonşularımız bizə “rahatlıq verməyib”, bizi “əcdadlarımız”ın minillik irsindən məhrum edir, bu da “erməni dostlarımızın istəklərini nəzərə alacağından” danışır. Bizə rus dilini mükəmməl öyrənmək üçün kitab-dəftər göndərəcəyindən danışır.

Lakin o, rusların bizə hansı təhsil verə biləcəkləri ilə maraqlınmır, amma...

... Bizim ruslarla daha dost olmaq ismədiyimizi yaxşı anlayır, amma biruzə verməməyə çalışır.

Əslinlə, əminliklə demək olar ki, Lavrovun Ermənistana bu səfəri tamamilə faydasız oldu. Belə görünür ki, o İrəvana sırf Rusiyanın maraqlarını “bərpa etmək” üçün gəlibmiş, amma bu bərpa cəhdi çox uğursuz oldu.

Amma onun Paşinyanla görüşdə “Qarabağla bağlı üçtərəfli bəyanatların həyata keçirilməsi prioritetdir” ifadəsini işlətməsi bizə gözdağı verməkdən başqa bir şey kimi qəbul edilməməlidir.

...Lakin buna baxmayaraq, biz ermənilər hələ də ümidliyik...amma bu dəfə nəyə?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə