Atəş səsi bu dəfə zavoddan gəlib...

Atəş səsi bu dəfə zavoddan gəlib...

Yenə də,.. amma bu dəfə ABŞ-ın Merilend ştatının Smitsburq şəhərində cümə axşamı atışma baş verib. Atışma nəticəsində ən azı 3 nəfərin öldürüldüyü bildirilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə yerli polisə istinadən “Fox News” telekanalı məlumat yayıb. Telekanalın ilkin məlumata görə, atəş müəssisə dağılındə açılıb. Yeri gəlmişkən yerli hakimiyyət orqanları silahlının artıq təhlükə yaratmadığını bildiriblər

Digər təfərrüatlar hələlik verilməyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Tennessi ştatının Çattanoqa şəhərində gecə klubunun qarşısında baş verən atışmada 3 nəfərin öldüyü, 17 nəfərin yaralandığı bildirilirdi. Polisin məlumatına görə, ölənlərdən ikisi güllələnib, üçüncüsü isə avtomobil tərəfindən vurularaq öldürülüb.

... Və yenə də bundan əvvəl naməlum şəxs Kaliforniyada Cenevrə Presviterian kilsəsinə atəş açıb. Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə