Mövlud Çavuşoğlu Çexiya Respublikasına sәfәr edәcәk

Mövlud Çavuşoğlu Çexiya Respublikasına sәfәr edәcәk

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu 10-11 iyun tarixlәrindә Çexiya Respublikasına sәfәr edәcәk.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barәdә Türkiyәnin Xarici İşlәr Nazirliyi mәlumat yayıb.

‘‘Cәnab nazirimiz çexiyalı hәmkarı Jan Lipavskinin dәvәti ilә 10-11 iyun tarixlәrindә Çexiya Respublikasına sәfәr edәcәk.Çexiya ilə ikitərəfli münasibətlərimizin hərtərəfli müzakirə olunacağı görüşlərdə Avropa İttifaqına üzvlük prosesimiz, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.’’,-deyә Türkiyәnin Xarici İşlәr Nazirliyi qeyd edib.

Mövlud Çavuşoğlunun səfər çərçivəsində Nümayəndələr Palatasının sədri tərəfindən qəbul edilməsi vә Çexiyada yaşayan Türkiyә vәtәndaşları ilә dә görüşü nəzərdə tutulub.

Nazir Çavuşoğlu 4-cü Asiya-Avropa Siyasi Forumunun açılışında məruzəçi qismindә çıxış edәcәk.

Bütün xəbərlər Facebook səhifəmizdə