Gürcüstan yük maşınlarının tranzit tarifini qaldırır

Gürcüstan yük maşınlarının tranzit tarifini qaldırır

...Bu arada rus saytlarına istinad edən SİA iyunun 20-dən etibarən Gürcüstan ərazisindən tranzit yüklərin daşınmasının qiymətinin 200 laridən 350 lariyə qaldırılacağını bildirir.

Qeyd edək ki, “Gürcüstanın qanunvericilik xəbərçisi” saytında o da bildirilir ki, rüsum həm tranzitdən keçən avtomobillərə, həm də malların təkrar ixracına görə artırılacaq.

“...Qeyd etmək lazımdır ki, ölkənin yol infrastrukturu beynəlxalq standartlara uyğun texniki qulluq tələb edir ki, bu da müvafiq maliyyə resursları tələb edir”.

Gürcüstanın Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 12 il ərzində ölkə özünün yol infrastrukturunun keyfiyyətini yaxşılaşdırmaq istiqamətində xeyli iş görüb.

Bununla bağlı mövcud tarif isə 2010-cu il avqustun 1-dən tətbiq edilmişdi.

Onu da xatırladaq ki, Gürcüstan Rusiya ilə Ermənistan arasında malların tranziti üçün yeganə dəhlizdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə