Dünya Bankı Ukraynaya 1,49 milyard dollar ayıracaq

Dünya Bankı Ukraynaya 1,49 milyard dollar ayıracaq

...Bu arada Dünya Bankının İdarə Heyəti Ukraynaya hökumət və sosial işçilərin maaşlarını ödəmək üçün 1,49 milyard dollar əlavə maliyyə ayırmağı təsdiqləyib.

Qeyd edək ki, bu bankın vəd etdiyi dəstəyi ümumilikdə 4 milyard dollardan çox artırıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Yeri gəlmişkən bildirək ki, bununla bağlı saziş Ukraynanın maliyyə naziri Sergey Marçenko və Dünya Bankının Belarus, Moldova və Ukrayna üzrə regional direktoru Arup Banerji arasında imzalanıb.

Beləliklə, Dünya Bankının bəyanatında deyilir ki, son ödəniş Böyük Britaniya, Hollandiya, Litva və Latviyanın maliyyə zəmanətləri, həmçinin İtaliyadan paralel maliyyə və yeni çox donorlu trast fondunun töhfələri ilə dəstəklənir.

Bu arada Ukrayna tərəfi Rusiyanın işğalı fonunda hökuməti idarə etmək üçün tezliklə ayda ən azı 5 milyard dollar lazım olduğunu da bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə